Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqelərini gün ərzində ikinci dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 12-si saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub”, – deyə məlumatda bildirilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.*
X.Nəsirzadə