“Azər-Türk Bank” I yarımillikdə işçilərinin sayını artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi bankın yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin sonuna “Azər-Türk Bank”da 549 nəfər (2022-ci ilin sonuna 513 nəfər) çalışıb. Beləliklə, cari ilin yanvar-iyun aylarında bankın işçilərinin say həddi 7% artıb.
2022-ci ildə “Azər-Türk Bank”ın işçilərinin say həddi 25,7% artıb.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.*
R.Əhmədov