“AccessBank” 2023-cü ilin I yarısında işçilərinin sayını artırmaqda davam edib.
“İnterfaks-Azərbaycan” agentliyi bankın yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü il iyunun 30-na “AccessBank”da 1347 nəfər çalışıb, 2022-ci ilin sonuna bu göstərici 1320 nəfər təşkil edib.
Beləliklə, 2023-cü ilin I yarısında bankın işçilərinin say həddi 2% artıb.
2022-ci ildə “AccessBank”ın işçilərinin say həddi 4,7% artıb.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının ilk onluğunda yer alır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır. Bankın 13 səhmdarı (12 hüquqi və 1 fiziki şəxs) var. Asiya İnkişaf Bankı (19,9036%), Avropa İnvestisiya Bankı (17,3861%) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC, 16,5556%) “AccessBank”ın əsas səhmdarlarıdır.*
R.Əhmədov