Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) oktyabrın 1-dən Bakı-Minsk-Bakı marşrutu üzrə müntəzəm reyslər açır. Bu barədə bu gün aviaşirkətdən bildirilib.
“AZAL Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır. Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.
Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.*
R.Kərimov