Sentyabrın 12-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda 2024-cü il üçün büdcə paketi müzakirə edilib. Bu barədə Nazirlər Kabinetindən bildirilib.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.
Xüsusilə 2024-cü və sonrakı üç il üzrə icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, 2024-2027-ci illərdə büdcə siyasəti müzakirə olunub.
İclasın yekununda 2024-cü ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.*
Xəbərlər şöbəsi