Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8281 manat/1EUR səviyyəsində (sentyabrın 12-nə 1.8256 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.018 manat/1RUB səviyyəsində (sentyabrın 12-nə 0.0181 manat/1RUB) müəyyən edib.
AMB sentyabrın 13-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0632 manat/1TRY səviyyəsində saxlayıb.**
R.Kərimov