Səhiyyə Nazirliyi nazilriyin bir sıra səhiyyə müəssisələrində cari təmir işlərinin aparılmasına 2,3 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, bu işlərin icrası üçün «PRO CONSTRUCTION COMPANY» MMC podratçı qismində seçilib.
İşlərin dəyəri – 2,314 milyon manatdır.
Müqavilə üzrə işlərin icrası müddəti – 120 təqvim günüdür. **
R.Kərimov