Çərçşənbə günü Müdafiə Nazirliyi Qarabağ regionundakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin yenidən atəşə tutulması barədə məlumat verib.
“Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunur ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb. **
R.Kərimov