Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşı Azərbaycana səfərə dəvət edib.
“İnterfaks-Azərbaycan” Tasnim agentliyinə istinadən xəbər verir ki, çərşənbə günü Mustafayev ilə Bəzrpaş arasında telefon danışığı baş tutub.
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri olan Bəzrpaş Mustafayevlə telefon danışığı zamanı Azərbaycanın və regionun digər ölkələrinin ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.
Nazir vurğulayıb ki, İran Azərbaycanla Ermənistan arasında gərginliyin həlli məqsədilə vasitəçi qismində çıxış etməyə hazırdır.
Bununla yanaşı, o əlavə edib ki, İran regiona kənardan nin əleyhinədir: «Hesab edirik ki, bölgənin ölkələri qarşısında duran problemlər region ölkələrinin özləri tərəfindən həll edilməlidir, çünki kənardan müdaxilə mövcud problemləri daha da ağırlaşdıracaq».
İkitərəfli layihələrə toxunan Bəzrpaş onların həyata keçirilməsində irəliləyişdən məmnun olduğunu bildirib və nazirliyin törəmə strukturlarına bu layihələrin həyata keçirilməsinin sürətləndirilməsində kömək göstərilməsi tapşırıqlarının verildiyini vurğulayıb.
«Bundan əlavə, Astara sərhəd terminalında mövcud problemlərin və vəzifələrin həlli məqsədilə İran Gömrük Administrasiyasının (IRICA) filialı yerləşdiriləcək», - məlumatda vurğulanıb. **
R.Əhmədov