Azərbayan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bəyan edib ki, Bakı “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar Ermənistanın son şərhlərinə öz cavabını İrəvana təqdim edib.
“Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib”, - Hacızadə bildirib.
XİN-in saytındakı məlumatda qeyd olunur ki, onun sözlərinə görə, İrəvanın hələ də Bakıdan cavab almadığı barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil. “Bu bəyanatlar (İrəvanın ) həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır”, - Hacızadə əlavə edib. **
R.Əhmədov