Avqust ayında Azərbaycanda gündəlik neft hasilatı iyul ayındakı səviyyədə qalaraq 0,5 milyon barel təşkil edib. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, BEA analitiklərinin hesablamalarına görə, avqustda Azərbaycanda gündəlik neft hasilatı OPEC+ razılaşması çərçivəsində plandan 0,18 milyon barel geri qalıb.
Xəbər verildiyi kimi, OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın 2023-cü ilin sonunadək gündəlik xam neft hasilatı üzrə kvotası 684 min barel təşkil edir.
Azərbaycan Energetika Nazirliyi avqust ayında OPEC+ sazişinin yerinə yetirilməsi ilə bağlı rəsmi məlumatları hələlik dərc etməyib.**
N.Abbasova