Bir sıra xarici dövlətlərin liderləri Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşünü təşkil etməyə hazır olduqlarını bildiriblər.
«Telefon danışıqları zamanı mən buna hazır olduğumu bildirdim (Əliyevlə görüşün keçirilməsinə - İF) və vasitəçilər belə görüşün təşkili üçün işləməyə hazır olduqlarını bəyan ediblər», - Paşinyan parlamentdə «hökumət saatı» çərçivəsində iki ölkə başçılarının görüşünün mümkünlüyü ilə bağlı suala cavabında deyib. **