Çərşənbə günü Azərbaycan Ordusu Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupunun Ordumuzun bölmələrinin yerləşdiyi əraziyə sızmaq cəhdinin qarşısını alıb, qrupun bir üzvü yaralanıb. Bu barədə Azrbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
“Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunub ki, döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.
Nazilrikdən məlumat verilib ki, kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyəməcburedilib. **
İnformasiya şöbəsi