Ermənistan Azərbaycanla müharibənin qarşısını almaq üçün bütün diplomatik tədbirləri görür. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Müharibənin qarşısını almaq üçün nə edirik? Bunun üçün bütün mümkün diplomatik üsullardan istifadə olunur. Bunu edirik", - Paşinyan parlamentdə «hökumət saatı” çərçivəsində bildirib.
O qeyd edib ki, «parlament kürsüsündən başqa üsullar barədə danışılmır».
Bundan əlavə, baş nazir bildirib ki, İrəvan Ermənistanın ərazi bütövlüyünün qorunması məqsədilə Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə qərar qəbul edib. **