2023-cü ilin yanvar-avqust aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 80,8 milyon manat güzəştli kredit verilib.
“2023-cü ilin 8 ayı ərzində 1650 layihənin maliyyələşdirilməsinə verilmiş kreditlər hesabına 1184 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə fonddan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Avqust ayı ərzində fondun müvəkkil bankları tərəfindən 355 layihənin həyata keçirilməsi üçün 16 milyon manat güzəştli kredit (iyulda 324 layihənin həyata keçirilməsi üçün 12,9 milyon manat) verilib.
2023-cü ildə SİF-in xətti ilə sahibkarlara 150 milyon manat məbləğində güzəştli kreditin verilməsi planlaşdırılır.
2022-ci ildə sahibkarlara 145,9 milyon manat güzəştli kredit verilib.*
R.Əhmədov