Mərkəzi Bank (AMB) nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlayıb.
AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilib və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilib.
Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyətinin qərarlarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC operator bank olaraq seçilib.
“Hər iki bank öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirmək və təkrar tədavülə buraxmaq funksiyasını həyata keçirəcək”, - deyə AMB-dən vurğulanıb.*
R.Əhmədov