2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 20 milyon 229,9 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 7,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 20 milyon 147,6 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 7,6% olub.
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 32 milyard 199,6 milyon kubmetr qaz (artım 5%), 24 milyard 142,3 milyon kubmetr əmtəəlik qaz (artım 5,3%) hasil edilib.
Avqustda Azərbaycanda 2,5 milyon ton neft (2022-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə artım 2% - İF) və 3 milyard kubmetr qaz (artım 12,6% - İF) hasil edib.
2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% azdır. Qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6%), əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr həcmində (artım 7,3%) olub.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton, qaz hasilatını 46 milyard 761,6 milyon kubmetr, əmtəəlik qaz hasilatını 35 milyard 900,3 milyon kubmetr həcmində proqnozlaşdırır.*
N.Abbasova