2023-cü ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4% artaraq 12 milyard 80,4 milyon manat təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 6 milyard 865,6 milyon manat olub”, - deyə nazir sosial şəbəkədə yazıb.
Beləliklə, 2023-cü ilin 8 ayı ərzində qeyri neft-qaz sektoru DVX-nin xətti ilə vergi yığımlarının 56,8%-ni təşkil edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14,9 milyard manat səviyyəsində proqnozlaşdırılıb.*
R.Əhmədov