2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 50 milyard 861,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 14,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin avqust ayının sonuna Azərbaycanda orta illik inflyasiya 11,7% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-avqust aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 13,6% - 5 min 13,3 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 44 milyard 834,9 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar-avqust aylarının göstəricisindən 14,3% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 4 min 419,3 manat (artım 13,6%) təşkil edib.*
X.Nəsirzadə