Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqelərinin atəşə tutulması ilə bağlı məlumat yayıb.
“Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub”, - deyə məlumatda bildirilir.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.*
N.Abbasova