Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən sərhəddə Ermənistan mövqelərinin atəşə tutulması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı təkzib edib.
“Sentyabrın 14-ü saat 22:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi (Azərbaycan-Ermənistan sərhədində - İF) istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır”, - nazilriyin məlumatında deyilir.
"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - MN-dən bəyan olunub.
R.Kərimov