Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 15-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8108 manat/1EUR səviyyəsində (sentyabrın 14-nə 1.8271 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0176 manat/1RUB səviyyəsində saxlayıb.
AMB sentyabrın 15-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0631 manat/1TRY səviyyəsində saxlayıb.**
X.Nəsirzadə