Cümə günü Azərbaycan Ordusu Qarabağ regionundakı qeyri-qanuni erməni silahlı dəstələrinin yeni səngər yolları qazmaq cəhdinin qarşısını alıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunub ki, “Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”. **
R.Kərimov