Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisin 136 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, “TVM İNŞAAT” MMC ilə 135,920 milyon manat məbləğində müvafiq müqavilə bağlanıb.
Müqavilə üzrə işlərin icrası müddəti – 11 oktyabr 2024-cü ilə qədərdir. **
R.Kərimov