Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqındafərman imzalayıb.
Fərmana əsasən, İKZF-nin nizamnamə kapitalı 893 milyon manatdan 980,7 milyon manatadək (artım 9,8%) artırılıb. 87,7 milyon manat həcmində vəsait Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi hesabına artırılacaq.
Nizamnamə kapitalının artırılması güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəlib.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğin maliyyələşməsini təmin etmək tapşırılıb.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə