Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, cümə günü axşam saatlarlnda Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
“Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, - nazirlikdən vurğulanır.
MN-dən bildirilir ki, bölmələrimiz tərəfindən “qeyd olunan bütün istiqamətdə cavab tədbirləri görülüb”. **
N.Abbasova