"Azərsu" ASC su sayğacı üçün 40 min ədəd qutu tədarükünə 415,38 min manat ödəyəcək.
“İnterfaks-Azərbaycan” agentliyi satınalamalar portalına istinadən məlumat verir ki, “Azərsu” su sayğacı üçün qutuların satın alınmasına dair "BS İndustry" MMCilə müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə görə, su sayğacı üçün qutular 14 sentyabr 2024-cü ilədək «Azərsu”ya tədarük olunmalıdır. **
R.Əhmədov