“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 1,8% səviyyəsində proqnozlaşdırır, 2024-2025-ci illərdə artım templərinin illik 2,3%-dək sürətlənməsini gözləyir.
"Biz 2023-cü ildə ÜDM-in 1,8% artımını proqnozlaşdırırıq. 2024-2025-ci illərdə qeyri-neft sektorunda artımı hesabına iqtisadi artımın orta hesabla 2,3% olacağını gözləyirik”, - “İnterfaks-Azərbaycan” agentliyin məlumatına istinadən xəbər verir.
Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan hökuməti müəyyən hərəkətlər hesabına neft hasilatının azalmasını yavaşlada bilər (2022-ci ildə 7,6% azalaraq gündəlik 676 min barel təşkil edib). “Biz, həmçinin Avropaya ixrac həcmini artırmaq üçün müqavilələr imzalanarsa, təbii qaz hasilatının gələcəkdə artacağını gözləyirik”, - Fitch vurğulayır.
Eyni zamanda, agentlikdə hesab edirlər ki, dövlət böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur.
Həmçinin, agentlik inflyasiya templərinin aşağı düşməsini qeyd edir, bu da milli valyutanın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətən möhkəmlənməsi, o cümlədən dünya ərzaq qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Eyni zamnada Fitch ərzaq məhsullarına qiymətlərə güclü təzyiqin qaldığını vurğulayır.
Agentlikdə hesab edirlər ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,1%-ə (2022-ci ildə 13,9% - İF), 2024-cü ildə isə 6%-ə enəcək. Həmçinin, agentlik deflyasiya risklərinin güclənməsi üçün müəyyən şərtlərin mövcudluğunu qeyd edir.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə ölkənin ÜDM-in 1,8%, orta illik inflyasiyanı – 10,4% səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov