Azərbaycan RespublikasıBaş Prokurorluğu “Azəraqrartikinti” ASC-ni bir sıra binaların tikintisinə cəlb edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, satınalamalar portalına istinadən, imzalanmış müqavilə çərçivəsində“Azəraqrartikinti” Bakı şəhəri Nəsimi, Nərimanov, Binəqədi rayon prokurorluqlarının yeni inzibati binalarını tikməlidir Bundan başqa, Bakı şəhər prokurorluğunun istismarı üçün yeməkxana, inzibati otaqlar və 141 nəfərlik iclas zalının tikinti işlərini həyata keçirilməlidir.
Müqavilənin dəyəri - 10 milyon 222 min 299,74 manatdır.
Şərtlərəgörə, bütün işlər 30 dekabr 2023-cü il tarixinədək sona çatmalıdır. **
R.Əhmədov