Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlanılıb. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransında çıxışı zamanı bildirib.
Əsgərov Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini əlavə edib. **
V.Əliyev