Türkiyə prezidenti Rəcəb Ərdoğan Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə Qarabağ ətrafındakı vəziyyətin həlli ilə bağlı dördtərəfli görüş təşkil etmək təklifi ilə çıxış edib.
«Biz Rusiya prezidenti Vladimir Putinin, Azərbaycan prezidenti İlham Əliyevin, mənim və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə dördtərəfli görüş keçirməyi təklif edirik», - Ərdoğan şənbə günü mətbuat konfransında Türkiyə jurnalistlərinə bildirib.
O qeyd edib ki, bu təşəbbüsə hələlik heç bir cavab almayıb. **