Müdafiə Nazirliyi məlumat verib ki, şənbə günü axşam saatlarında Ermənistan silahlı qüvvələri sərhəddə Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub.
“Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, - MN-dən vurğulanır.
Nazirliyin məlumatına əsasən, “bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”. **
R.Əhmədov