Azərbaycan Müdafiə Nazirliyi Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı dəstələrinin yeni səngər yolları qazmaq cəhdinin qarşısının alınması barədə məlumat verir.
“Sentyabrın 17-də saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər”, - nazirliyin məlumatında qeyd olunur.
MN-dən bildirilir ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. **
V.Əliyev