Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində mövqeləri yenidən atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Sentyabrın 17-si saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
MN-dən əlavə olunub ki, “bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”. **
V.Əliyev