Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşün müxtəlif variantları müzakirə olunur.
"Müxtəlif təkliflər və ideyalar var. Mən onlardan birini ayırmaq istəmirəm. Məsələ budur ki, bu mənim şərh etməyim üçün yeganə ideya deyil. Ümumilikdə baxmaq lazımdır", - Paşinyan Türkiyə prezidentinin dördtərəfli görüş keçirmək təklifini şərh edərkən jurnalistlərə bildirib.
Ötən şənbə günü Türkiyə prezidenti Rəcəb Ərdoğan Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə Qarabağ ətrafındakı vəziyyətin həlli ilə bağlı dördtərəfli görüş təşkil etmək təklifi ilə çıxış edib. «Biz Rusiya prezidenti Vladimir Putinin, Azərbaycan prezidenti İlham Əliyevin, mənim və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə dördtərəfli görüş keçirməyi təklif edirik», - Ərdoğan şənbə günü mətbuat konfransında Türkiyə jurnalistlərinə bildirib. **