Ermənistan respublikanın milli maraqlarından irəli gələn xarici siyasət vektorunu dəyişmir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Biz bütün bəyanatları diqqətlə izləyirik və zəruri halda reaksiya veririk. Ermənistanın xarici siyasəti şəffafdır və düşünürəm ki, bu cür ifadələr yersizdir", - Paşinyan bazar günü jurnalistlərə bildirib.
Daha öncə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim ABŞ Senatında beynəlxalq münasibətlər komitəsində keçirilmiş dinləmələrdə bəyan edib ki, «Ermənistanın Rusiya ilə münasibətlərini dəyişib dəyişmədiyi barədə danışmaq hələ çox tezdir, lakin Vaşinqton buna nail olmağa çalışır».
Paşinyanın sözlərinə görə, «Ermənistan xarici siyasət vektorunu o mənada dəyişə bilməz, çünki Ermənistanın xarici siyasəti dövlət maraqlarına yönəlib, öz milli maraqlarından irəli gəlir». **