İrəvan Şəhər Şurasına (Ağsaqqallar Şurası) 17 sentyabrda keçirilən seçkilərdə seçicilərin fəallığı çox aşağı olub - 28,46%. Bu barədə Ermənistan Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan brifinq zamanı məlumat verib.
MSK rəhbəri fəallığı paytaxt üçün misli görünməmiş dərəcədə aşağı adlandırıb. Eyni zamanda, o qeyd edib ki, son illərdə seçkilərin dinamikası fəallığın azalması tendensiyasını göstərir.
2018-ci ildə İrəvan Şəhər Şurasına seçkilərdə fəallıq 43,65% təşkil edib. **
Siyasi xəbərlər şöbəsi