Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmaq cəhdinin qarşısı alınıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər”, - deyə məlumatda bildirilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.*
R.Kərimov