2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 578 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 34,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $164 milyon 684,9 min (artım 6,5%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-iyul aylarında aldığı buğdanın qiyməti bir ton üçün $284,9 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $102 milyon 318,2 min dəyərində (artım 19,3%) 163,307 min ton şəkər xammalı və şəkər (artım 3,2%), $78 milyon 444,8 min dəyərində (azalma 29,9%) 62,690 min ton bitki yağı (azalma 7,4%), $38 milyon 283,3 min dəyərində (azalma 9,2%) 7,221 min ton çay (azalma 14,3%), $54 milyon 93,3 min dəyərində (azalma 20,9%) 9,748 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 19%) idxal edilib.
Bununla yanaşı, respublikaya $15 milyon 829 min dəyərində (artım 2,4 dəfə) 3,867 min ton iribuynuzlu heyvan əti (artım 2,7 dəfə), $23 milyon 3,5 min dəyərində (azalma 7,5%) 18,032 min ton quş əti və quş əti məhsulları (azalma 7%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $79 milyon 443,2 min dəyərində (azalma 4%) 78,351 min ton meyvə (azalma 10,9%), $12 milyon 246,8 min dəyərində (azalma 3,9%) 20,472 min ton tərəvəz (azalma 3,4%), $25 milyon 897,4 min dəyərində (azalma 15,2%) 87,135 min ton kartof (azalma 21%) idxal edilib.
Yanvar-iyul aylarında ölkədən $138 milyon 423,8 min dəyərində (azalma 4,1%) 143,056 min ton tərəvəz (artım 11,5%), $221 milyon 634,6 min dəyərində (artım 17,9%) 170,413 min ton meyvə (artım 30,5%), $31 milyon 5,2 min dəyərində (azalma 11,6%) 71,069 min ton kartof (azalma 9,1%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $15 milyon 236,8 min dəyərində (artım 46,7%) 20,786 min ton şəkər (artım 30,6%), $2 milyon 678,6 min dəyərində (azalma 76,2%) 1 min 230,2 ton bitki yağı (azalma 80%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $10 milyon 589,6 min dəyərində (artım 32,3%) 8,771 min ton meyvə və tərəvəz şirələri (artım 37,1%), $4 milyon 241,4 min dəyərində (artım 2,1 dəfə) 205 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 72%), $7 milyon 389,8 min dəyərində (artım 59%) 5,385 min ton meyvə və tərəvəz konservləri (artım 37,7%), $2 milyon 996,2 min dəyərində (azalma 75,1%) 1,326 min ton tütün (azalma 64,2%), $3 milyon 417,7 min dəyərində (azalma 55%) 379,1 ton çay (azalma 70%) ixrac edib.*
N.Abbasova