2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 148,2 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,1% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,9% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% artıb.
Hesabat dövründə dəmir yolu ilə 12,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3% çoxdur.
Dəniz nəqliyyatı ilə 6 milyon 185,5 min ton (artım 23,7%), avtomobil nəqliyyatı ilə 83,6 milyon ton (artım 5,2%), hava nəqliyyatı ilə 198,9 min ton (azalma 33,5%) müxtəlif növ yük daşınıb.
Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 26 milyon 456,9 min ton neft (artım 10%), magistral qaz kəmərləri ilə 27 milyon 109,8 min kubmetr qaz (artım 6,2%) nəql olunub.*
X.Nəsirzadə