Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında 29 min 381,94 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 84,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal dəyəri $23 milyon 377,93 min (azalma 89%) təşkil edib.
2023-cü ilin yanvar-iyul aylarında idxalın əsas həcmi (74,4%) Türkmənistanın ($18 milyon 721,35 min dəyərində 21 min 852,9 ton) payına düşüb. Rusiyadan 7 min 529,05 ton benzin ($4 milyon 656,59 min dəyərində) idxal olunub.
2022-ci ildə Azərbaycana 223 milyon 456,8 min dollar dəyərində 198 min 790,13 ton AI-92 markalı avtomobil benzini idxal edilib. 2021-ci ildə AI-92 markalı benzinin idxalı həyata keçirilməyib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.*
N.Abbasova