7-9 dekabr tarixlərində Bakıda 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.
Sərginin təşkilatçıları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”dur.
“Azərbaycanda ilk dəfə keçiriləcək sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərginin keçirilməsinin məqsədi yerli məhsulların alınmasını təşviq etmək, onları geniş istehlakçı auditoriyasına tanıtmaqdır”, - deyə KOBİA-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Sərgi çərçivəsində, həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlər də keçiriləcək.*
X.Nəsirzadə