Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“General-polkovnik Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.*
N.Abbasova