Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində (Azərbaycan-Ermənistan sərhədində - İF) yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. **
R.Kərimov