Azərbaycan Laçın rayonunda (Şərqi Zəngəzur - İF ) çərşənbə axşamı səhər saatlarında yol-əqliyyat hadisəsi baş verib, “Azərenerji”nin iki əməkdaşı həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Sentyabrın 19-da saat 09:00 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları Məhəmməd Məmmədov və Gülağa Məmmədov həyatlarını itiriblər”, - məlumatda qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.**
X.Nəsirzadə