Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, çərşənbə axşamı Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
“Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb”, - nazirliyin məlumatında deyilir.
Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.
“Bölmələrimiz tərəfindən cavab tədbirlərigörülüb”, - MN-dən əlavə ediblər. **
R.Kərimov