Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, Qarabağ iqtisadi rayinunda Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutur
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki (Qarabağ iqtisadi rayonu - İF) Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur”, - məlumatda qeyd olunur.
Nazirliyin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür. **
X.Nəsirzadə