Azərbaycan Müdafiə Nazirliyindən bəyan olunub ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır.
MN-dən əlavə ediblər ki, Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Müdafiə Nazirliyi çərşənbə axşamı elan edib ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ regionunda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. **
R.Kərimov