Azərbaycan Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbi infrastrukturunun neytrallaşdırılması məqsədilə lokal xarakterli antiterror tədbirləri keçirir. Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“Məqsəd (lokal xarakterli antiterror tədbirlərinin – İF-Az) hərbi infrastrukturun neytrallaşdırılmasıdır”, - Hacıyev POLITICO nəşrinə müshibəsində bildirib.
O əlavə edib ki, lokal xarakterli antiterror tədbirləri haqqında yerli əhaliyə SMS xidməti ilə xəbərdarlıq göndərilib.
“Onlardan legitim hərbi hədəflərdən uzaq durmaları xahiş olunub”, - Hacıyev bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı elan edib ki, Azərbaycan Qarabağ regionunda lokal xarakterli antiterror tədbirləri keçirir. **
R.Kərimov