Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Azərbaycan erməni silahlı birləşmələrinə qaşı antiterror tədbirlərinə başlamadan bir neçə dəqiqə əvvəlRusiya sülhməramlı kontingentinin komandanlığına xəbərdarlıq edib.
“Bu həqiqətə uyğun deyil. Bu barədə məlumat hərbi əməliyyatların başlamasından bir neçə dəqiqə əvvəl Rusiya kontingentinə çatdırılıb”, - Zaxarova öz Teleqram kanalında bir sıra KIV-in Azərbaycan tərəfinin Qarabağda bugünkü antiterror əməliyyatı barədə Rusiyalı sülhməramlılara «əvvəlcədən» xəbərdarlıq etdiyi barədə məlumatlarını şərh edərkən yazıb.
Bu gün Müdafiə Nazilriyi elan edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Xəbər verildiyi kimi, çərşənbə axşamı səhər saatlarında Qarabağda Ermənistan tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətənsdaşı: 4 hərbçi və 2 mülki şəxs həlak olub. Rəsmi Bakı bunu terror aktı kimi qiymətləndirir. **
İnformasiya şöbəsi